Samux sakinində narkotik aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, İlqar Ələsgərov saxlanılaraq şöbəyə gətirilib. 

Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “tiryək” aşkar edilib.