"Kiyevdə 50-yə yaxın səfirlik fəaliyyətini bərpa edir".

"Unikal"
xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlayıb:

“Getdikcə daha çox səfirlik Kiyevdə tam hüquqlu fəaliyyətini bərpa edir. Bu günə olan məlumata görə, onların sayı artıq 50-dir”,-deyən Zelenski bunun təkcə diplomatik deyil, həm də simvolik müstəvidə vacib olduğunu da bildirib.

“Paytaxtımıza qayıdan hər bir yeni səfirlik qələbəmizə inamın sübutudur. Rusiya Federasiyasının torpaqlarımızda açdığı bu müharibədə Ukraynanın öz dövlətçiliyini qoruya biləcəyinə inam”, - deyə Zelenski əlavə edib.

Aynurə Xudaverdiyeva