Rusiyanın iki aviaşirkətinin çarter reyslərinin pilotları ixtisar edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, "Royal Flight" 250 pilotu ixtisar etməyi planlaşdırır. Digər aviaşirkət "Azur" isə 200 nəfəri ixtisar edəcək.
Pilotlar artıq gözlənilən buraxılış barədə bildirişlər almağa başlayıblar.
Hətta Rusiyanın mülki aviasiyasının flaqmanı “Aeroflot” da sanksiyalarla bağlı problemləri etiraf edib. Belə ki, yerli RBC qəzetinə şərhdə aviaşirkətin mətbuat xidməti təsdiqləyib ki, “vəziyyət dəyişənə və artan ehtiyac yaranana” qədər yeni pilotların işə qəbulunu dayandıracaq.
Bundan əlavə, “Sukhoi Superjet 100” təyyarəsində işləyən pilotlar Rusiyaya (bu, “Aeroflot” dövlət konserninin tərkibinə daxildir) köçürülüb.
Gülayə Mecid