2021 GT2 adlı Afina sinfinə aid nəhəng asteroid Yerə yaxınlaşır. 26.000 km/saat sürətlə yarışdığı üçün potensial təhlükəli sayılır.
"Unikal" xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.
Bildirilir ki, asteroid bir neçə gündən sonra planetimizin yanından keçərək, ulduzlararası səyahət trayektoriyasına görə iyunun 6-da ən yaxın məsafəyə çatacaq - bu, 3,5 milyon kilometr olacaq ki, bu da Yerlə Ay arasındakı orta məsafədən təxminən 10 dəfə çoxdur.