Gəncədə qadın qətlə yetirilib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Ərdəbil küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini 1990-cı il təvəllüdlü Həsənova Gülzar Vahid qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaq qadın xəstəxanada dünyasını dəyişib. İlkin məlumata görə, 32 yaşlı G.Həsənova həyat yoldaşı tərəfindən qətlə yetrilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov