Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir həftə ərzində keçirdiyi monitorinqlər zamanı 12 uşaq bağçasında nöqsanlar aşkarlayıb.
AQTA-dan "Unikal"-a verilən məlumata görə, monitorinqlər 12 bağçada aparılıb.
12 bağçasında ümumilikdə 97 nöqsan aşkar edilib. Monitorinqlər mayın 31-dən iyunun 3-dək müddətdə aparılıb.
Nöqsanlar aşkarlanmış bağçaların hər biri ilə bağlı inzibati tədbir görülüb.