Həbs cəzasına məhkum olunan şəxs ventilyası şaxtasında yaxalanıb.
"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Kayseri şəhərində baş verib. Belə ki, polis axtarışda olan və 13 il həbs cəzasına məhkum olunan şəxsin evlərdən birində gizləndiyini müəyyən edib. Həmin evdə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 30 yaşlı. A.K-nın ventilyasiya şaxtasında olduğunu məlum olub. Həmin şəxsi oradan çıxarmaq üçün dilə tutan polis əməkdaşı "Qardaşım canına qəsdinmi var? Gəl çıx çölə, çox tərləmisən" deyə xitab edib.
Ventilyasiya şaxtasından çıxarılan 30 yaşlı kişi həbsxanaya göndərilib.