Samuxda narkotik yetişdirən şəxs saxlanılıb.

Bununla bağlı "Unikal"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, rayon sakini Zeynal Zeynalov dibçəkdə əkdiyi çətənə bitkilərini rayondakı meşəlik əraziyə köçürən zaman Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Dindirilmə zamanı saxlanılan şəxs əməlini etiraf edib. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. 

Faktla RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Z.Zeynalov əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayıb.