Ukrayna "Eurovision 2023" finalına hazırlığa başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenko məlumat verib.
"Biz dünyaya açıqlığımızı, qonaqpərvərliyimizi və irimiqyaslı layihələri həyata keçirmək bacarığımızı nümayiş etdiririk. Bizim və Avropa Dil İttifaqı üçün əsas məsələ təhlükəsizlikdir", - deyə Timoşenko bildirib.
Timoşenko qeyd edib ki, indi Ukrayna təkcə öz torpağını deyil, həm də bütün sivil və demokratik dünyanı müdafiə edir.
Bundan əvvəl hökumət 2023-cü ildə Ukraynada “Eurovision” mahnı müsabiqəsinin hazırlanması və keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıb.
Eyni zamanda, Rusiya “Eurovision” mahnı müsabiqəsini əbədi olaraq qadağan etmək istəyir.
Gülayə Mecid