Marmarisdə iki gün toy edən türkiyəli müğənni Mustafa Sandal həyat yoldaşı Melis Sütşurupa verdiyi hədiyyə ilə gündəmə gəlib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Sütşurupa 1 milyon lirə (təxminən 98 min 400 manat) dəyərində boyunbağı hədiyyə edib.
O, "Bundan sonra bütün mahnılarımı sənin üçün yazacağam" deyə, həyat yoldaşına söz verib.
Qeyd edək ki, sənətçi daha öncə müğənni Emine Yahoviçlə evli olub.