Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında və Mingəçevir su anbarında balıq ovlayan şəxslər saxlanılıb.
 

"Unikal" xəbər verir ki, bu barədə Ekologiya Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Fərhad Nəcəfov və Samux rayon sakini Saleh Verdiyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1660 metr uzunluğunda sintetik tor yığışdırılıb.