Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri İvano-Frankovsk bölgəsində rusların raketini vurub. Ölən və yaralananlar olmayıb.

"Unikal" xəbər verir ki, bu barədə İvano-Frankovsk vilayət adminstrasiyası məlumat yayıb.
"Bu gün saat 12:41-dən 13:54-dək davam edən hava reydi zamanı hava hücumundan müdafiə qüvvələri bölgəmizdə Rusiya raketini vurdular" deyə xəbərdə bildirilir.

Qeyd olunub ki, mülki əhali arasında tələfat və bölgədə infrastruktura ziyan dəyməyib.

Ramil Zeynallı