İyun 15-i saat 23 radələrində 1997-ci il təvəllüdlü Orxan Əliyevin Şabran rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şabran Rayon Prokurorluğundan "Unikal"a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 2001-ci il təvəllüdlü Teymur Cəfərzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Əliyevə çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.