Litvalı aktyor və SSRİ xalq artisti Regimantas Adomaitis 86 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə bazar ertəsi LRT portalı məlumat yayıb .

"Litvalı aktyor Regimantas Adomaitis 86 yaşında vəfat edib. Kədərli xəbəri aktyorun yaxınları da təsdiqləyib. Adomaitis Litvanın məşhur teatr və kino aktyoru olub, Litvanın ən məşhur teatr və kino tamaşalarında bir çox rollar yaradıb" , - portalın nəşrində deyilir.

Regimantas Adomaitis 1985-ci ildə SSRİ xalq artisti adını alıb. O, teatr və kinoda bir çox rolları ilə yadda qalıb. Adomaitisin oynadığı ən məşhur filmlər “Heç kim ölmək istəmirdi”, “Yaşıl furqon”, “Tətilçilərin həyatından” filmləri olub. 

Gültəkin Ələsgər