Qaxda iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

"Unikal"ın məlumatına görə, hadisə bu gün rayonun İlisu kəndinə gedən yolda Qaxbaş kənd ərazisində qeydə  alınıb.

Belə ki, hərəkətdə olan "Mitsubishi" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər Bakı şəhər sakinləri 1949-cu il təvəllüdlü Babayeva Güləndam Adil qızı və onun həyat yoldaşı 1950-ci il təvəllüdlü Babayev Azad Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli