Los-Ancelesdə "Coyote" Kanyonu yaxınlığındakı Hollywood Hillsdə güclü meşə yanğını baş verib.

"Unikal"ın "Los Angeles Daily Times"a istinadən verdiyi xəbərə görə, alov Universal Studios yaxınlığında yerləşən mənzillərin yaxınlığında yayılmağa başlayıb.

Bildirilib ki, yanğın 2 hektar ərazini əhatə edib. Yanğınla mübarizəyə 100 yanğınsöndürən və helikopterlər cəlb edilib. 

Məlumata görə, tələfat olmayıb, yanğın heç bir binaya ziyan vurmayıb. Yanğının səbəbi araşdırılır. 

Ağarza Elçinoğlu