Gürcü müğənnisi, “Səs” musiqi layihəsinin iştirakçısı Levan Kbilaşvili 32 yaşında Moskvada vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Müğənninin konsert rəhbərinin sözlərinə görə, musiqiçinin ürəyi yuxuda dayanıb.
Onun sözlərinə görə, bir gün əvvəl səhhətində heç bir problem hiss etməyib.
O vurğulayıb ki, müğənninin ölüm səbəbini məhkəmə-tibb ekspertiza müəyyən edəcək.
Ramil Zeynallı