Milli Məclisdə gələn ilin dövlət büdcəsindən elm və səhiyyə sahəsinə ayrılan vəsaitin artırılması təklif olunub.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Rəşad Mahmudov çıxış edib.
O bildirib ki, 2023-cü ildə büdcədən təhsil və səhiyyə sahəsinə ayrılan vəsaitin toplam miqdarının dünya, beynəlxalq təşkilatları tərəfindən tövsiyə olunan ÜDM-in içərisindəki payının 10%-ə çatırılmasına nail olmaq lazımdır.
"Çünki təhsil və səhiyyə sahəsində başladılan islahatların səmərəliliyinin davamlılığı üçün mövcud vəsaitlərin artırılmasına ehtiyac var”.
Anar Kəlbiyev