"Zaman-zaman nazirlərlə deputatlar arasında müəyyən gərginliklər olub".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.
O bildirib ki, zənglərə cavab verilməyib, müəyyən diqqətsizlik olub:
"Amma indi siyasi konfiqurasiya dəyişib. Elə məmur konfiqurasiyası da dəyişib. Azərbaycan hökuməti indiyə qədər olan bütün dövrlərin ən ideal hökmətidir. Biz artıq ortaq məxrəcə gəlib rahat müzakirələr edə bilirik".
Anar Kəlbiyev