Azərbaycanda zorakılığa məruz qalan şəxslər üçün sığınacaqların sayının artırılması təklif olunub.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu keçirilən iclasında deputat Hicran Hüseynova çıxış edib.
O bildirib ki, 2022-ci il dövlət büdcəsinə edilən dəyişikliklər zamanı bu məsələyə də diqqət ayrıla bilər:
“Sığınacaqların artırılmasına böyük ehtiyac var. Müxtəlif səviyyələrdə - Bələdiyyə, QHT, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi səviyyəsində bunlar yardıla bilər. Azərbaycanda zorakılıq faktları var və biz vətəndaşları sığınacaqlara təmin etməliyik. Elə etməliyik ki, bəzi qeyri-peşəkarlar yaranmış boşluqdan istifadə etməsinlər”.
Anar Kəlbiyev