“Baku Marriott Hotel Boulevard”da təşkil olunacaq tədbirdə Azərbaycanın təhsil naziri Emin Əmrullayev, UNEC rektoru professor Ədalət Muradov, Paşa Holdinq Şirkətlər Qrupunun baş iqtisadçısı Elman Eminov çıxış edəcəklər.
"Unikal" xəbər verir ki, konfrans çərçivəsində UNEC əməkdaşları və tələbələrinin əl işlərindən ibarət “Qarabag Azərbaycandır” mövzusuna həsr olunmuş sərgi nümayiş olunacaq. Həmçinin “Qarabağda biznes mühiti və kiçik və orta biznesin inkişafı”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında investisiyaların rolu”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının sektoral qiymətləndirilməsi”, “Green economy and green finance (Yaşıl iqtisadiyyat və yaşıl maliyyə)” adlı kitablar və konfransın xülasələr kitabı təqdim olunacaq.
Açılış mərasimindən sonra Təhsil, Elm, İnnovasiya və Sahibkarlıq mövzusunda panel iclası keçiriləcək.
İyunun 26-dək davam edəcək konfransa ABŞ, Almaniya, Fransa, İtaliya, İsveçrə, Çin, Macarıstan, Polşa, İspaniya, İsrail də daxil olmaqla, dünyanın 30-a yaxın ölkəsindən 600-dən çox tədqiqat işi təqdim edilib. Həmin məruzələrdən elm komitəsi tərəfindən seçilmiş ən keyfiyyətli məqalələr SCOPUS platformasında indekslənəcəkdir. Konfransda 50-dən çox tanınmış mütəxəssisin iştirakı ilə aktual mövzularda “workshop”lar, eləcə də yerli və beynəlxalq nüfuzlu qurumların iştirakı ilə “Green Day” təşkil olunacaq.
Konfransın proqramı əlavə olunur.