Bu günlərdə dərslərin sentyabrın 1-də başlaması ilə bağlı məsələ qaldırmışıq.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, avqustun 21-dən etibarən müəllimlərin 56 günlük məzuniyyəti bitir.
"Müəllimlər sentyabrın 15-nə kimi maaş alırlar. Azərbaycan müəllimlərinə nə qədər yüksək maaş verilsə, onların halal xoşlarıdır. Çünki müəllimə yüksək maaş verən ölkə ən yaxşı inkişaf etmiş ölkələrdəndir. Amma onların maaşları sentyabrın 1-dən verilsə, daha yaxşı olar. Bizdə bu məsələni əsaslandırırlar ki, dərslər sentyabrın 15-dən başlanılmalıdır. Çünki havalar isti olur. Bu cür düşüncədə olan şəxsləri Afrikada nazir olmağa göndərsək, həmin şəxslər Afrikada ümumiyyətlə təhsili qadağan edərlər ki, Afrikada havalar hər gün istidir. Sentyabrın 1-dən müəllim məktəbə gedir, guya 15-nə kimi hazırlıq görür və maaş alır. Bunun əvəzinə sentyabrın 1-dən dərs keçib, maaş alsa daha yaxşı olar”.
Anar Kəlbiyev