"Azərbaycanda kifayət qədər işaxtaran və vakant yeri olan iş yerləri var. Lakin mövcud olan vakansiyalar dolmur və insanlar işsiz qalır".
"Unikal" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Sədrin sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilirlər: "Çünki onların bilikləri daha çox nəzəri xarakter daşıyır. Bununla da əmək bazarıda diplomsuz işçi qüvvəsinin sayı artırmış olur. Ona görə də universitetlərdə bilikləri bazarın tələblərinə uyğun olaraq təkmilləşdirilməsi mühüm olmalıdır".