20, 21, 22.06.2022-ci il tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə-iqtisad və Sosial iş fakultələrinin 4-cü kurs tələbələri üçün Yekun Dövlət Attestasiya İmtahanı keçirilib.
"Unikal" xəbər verir ki, imtahanda Sosial iş fakultəsi üzrə 52, Maliyyə-iqtisad fakultəsi üzrə isə 33 nəfər tələbə iştirak edib.
Bundan başqa magistratura səviyyəsi üzrə 4 nəfər tələbənin də diplom müdafiəsi baş tutub. İmtahan nəzərdə tutulmuş vaxtda başlayıb və uğurla yekunlaşıb.