Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir və qayğılarını daim diqqət mərkəzində saxlayır.
"Unikal" xəbər verir ki, RİHB başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 22 iyun 2022-ci il tarixində Sumqayıt şəhəri, Yaşıldərə massivi ərazisində yerləşən Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbində olub. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH məsul işçiləri, icra nümayəndələri iştirak edib.
Qəbul zamanı 20 məsələ qaldırıb. Həmin məsələlərdən 13-ü yerində həll olunmuş, 7-iisə baxılması üçün nəzarətə götürülmüşdür. Səyyar qəbulda sakinlərin arzu və təkliflərhəssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyatı təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Sonda sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər RİH başçısı Malik İsaqova göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.