Əksər Fransa partiyaları milli birlik hökuməti ideyasını rədd edib.
"Unikal" xəbər verir ki, bu barədə Emmanuel Makron məlumat verib.
O, Fransada islahatların aparılması üçün parlamentdə daha geniş çoxluğun formalaşmasına çağırıb.
Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) prezidenti vəzifəsinə xarici ərazilər naziri Yael Bron-Pivenin namizədliyini irəli sürüb. Bron-Pive “Birgə!” prezident alyansının partiya fraksiyasının iclasında artıq səsvermənin birinci turunda hakim blokdan namizəd kimi təsdiq edilib. İyunun 28-də keçiriləcək yeni parlamentin açılış iclasında seçilərsə, o, Fransa tarixində Milli Assambleyanın sədri postunu tutan ilk qadın olacaq.
Fransa parlamentinin aşağı palatasına seçkilər iki turda - iyunun 12 və 19-da keçirilib. Milli Assambleyadakı ən böyük partiya “Birgə!” Bloku olaraq qalır, lakin indi onun qanun layihələrini qəbul etmək üçün mütləq səs çoxluğu yoxdur
Gültəkin Ələsgər