Moskvada Qara dənizdə açılması planlaşdırılan taxıl dəhlizi ilə bağlı ilk görüş keçirilib. Müsbət ab-havada keçən danışıqlardan sonra Türkiyəyə məxsus “Azov Concord” gəmisi ilk xarici gəmi olaraq Mariupol limanından ayrılıb.
"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, Moskvada Rusiya və Türkiyənin müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında danışıqlar aparılıb, Türkiyə ticarət gəmilərinin təhlükəsiz çıxışı və Ukrayna limanlarından taxıl ixracı məsələləri müzakirə edilib.
Rusiya nazirliyinin məlumatına görə, nümayəndə heyətləri ikitərəfli formatda qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar. Türkiyə Milli Müdafiə Nazirliyi də öz növdəsində “taxıl məsələsi” üzrə dördtərəfli (Türkiyə, Rusiya, Ukrayna, BMT) danışıqların zəruriliyi ilə bağlı razılığın əldə edildiyini, növbəti görüşün yaxın həftələrdə Türkiyədə gözlənildiyini bildirib.