Rusiya Prezidenti Vladimir Putinini mühafizəçisi güllələnib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Belə ki, Rusiya Prezidentinin mühafizəçisi, Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.
Bildirilir ki, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində tapılıb. Onun yanında "İzh 79-9TM" markalı travmatik tapança da olub.