Bu gün İrəvanda silahlı insident baş verib.
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, saat 20:00 radələrində polisə Erebuni tibb mərkəzindən onlara güllə yarası ilə bir nəfərin gətirildiyi barədə məlumat daxil olub.
Xəstəxanada həkimlər polisə bildiriblər ki, yaralı hadisə ilə bağlı ifadə verə bilmir.
Ermənistan polisi rəisinin birinci müavini, polkovnik Aram Hovhannisyan və digər polis əməkdaşları keçmiş “Spayka” şirkətinin ərazisi yaxınlığında yerləşən atışma yerinə gəliblər.
Hazırda müstəntiqlər hadisə yerində araşdırma aparır.
Polis və istintaq şöbəsi qurbanın şəxsiyyətini müəyyənləşdirir.
Gültəkin Ələsgər