Ukraynada sabiq deputatın maşını partladılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksiy Qonçarenko öz Teleqram kanalında məlumat yayıb. Qeyd edib ki, Xerson yaxınlığında Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” fraksiyasının keçmiş üzvü Aleksiy Kovalevin avtomobili partladılıb.
“Bu, “Xalqın xidmətçisi” fraksiyasından qovulmuş, Rusiya tərəfinə keçmiş deputatdır”, - deyə o bildirib.
İlkin məlumata görə, Kovalev xəsarət almayıb. Eyni zamanda, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Kovalevin avtomobilinin partladılmasını təsdiqləsə də, sabiq deputatın hansı vəziyyətdə olduğu məlum deyil.
Ramil Zeynallı