Muxtar respublikada dövlət qulluqçularının yaş tərkibi getdikcə cavanlaşır, təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir.
"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd olunub.
Bildirilib ki, bu, dövlət idarəçiliyində öz müsbət nəticəsini göstərməkdədir.
Dövlət Qulluqçuları Reyestrinin məlumatlarına əsasən, muxtar respublikanın dövlət orqanlarında 2385 nəfər fəaliyyət göstərir ki, onların 55-i siyasi, 1851-i inzibati, 479-u isə yardımçı vəzifə tutur. Dövlət qulluqçularının 25 faizini gənclər, 24 faizini isə qadınlar təşkil edir.