Xəbər verdiyimiz kimi, Əfqanıstanda baş verən zəlzələdə mindən çox adam ölüb, 2000-dən çox insan isə yaralanıb.
"Unikal"ın məlumatına görə, xilasetmə işləri davam etdikcə ölən və yaralananların sayının daha da artacağından ehtiyat edilir.
Ən çox ölkənin cənub-şərqindəki Paktika əyaləti zərər çəkib və Birləşmiş Millətlər Təşkilatı (BMT) təcili sığınacaq və ərzaq yardımı göstərməyə çalışır .
Xilasetmə işlərinə güclü yağış və resursların çatışmazlığı mane olur.
Əfqanıstan humanitar və iqtisadi böhranın ortasındadır və "Taliban"ın yüksək rütbəli rəsmisi Əbdül Qahar Balkhi deyib ki, hökumət “insanlara ehtiyac duyduğu qədər maddi yardım etməkdə acizdir”.
Onun sözlərinə görə, yardım agentlikləri, qonşu ölkələr və dünya gücləri kömək edir, lakin bu yardım çox artırılmalıdır, çünki bu, onilliklər ərzində yaşanmamış dağıdıcı zəlzələdir.
Gülayə Mecid