"Müğənni Elza Seyidcahanın əvvəllər geyiminə baxsanız normal qaydada geyindiyini görəcəksiniz. Amma son dönəmlərdə o, fərqli obrazlarda tamaşaçı qarşısına çıxmağa və gülünc doğuran geyimlərdən istifadə etməyə başladı. Tutaq ki, şamdanı qoy təpənə o moda deyil. Moda tamam başqa şeydir".
Bunu "Unikal"a açıqlamasında modelyer Şəlalə Maqsudova deyib.
Onun sözlərinə görə, modada qeyri-adi geyimlərdə sənətini ortaya çıxartmalısan:
"Kiminsə ətrafı başına səbəti qoysun içinə də armud, alma və s. Bu, sənət deyil. Mən ona həmişə yaddaşda qalım, qoy məndən danışsınlar. Mən bir modelyer olaraq, o işləri edə bilərəm, amma mən özüm-özünə fikirləşirəm ki, elə bir işlər ortaya çıxarmalıyam ki, uzun müddət sənət olaraq danışılsın. Ümumiyyətlə mənim işlərimə nəzər yetirin birdə Elza xanımın geyimlərinə...Xarici səhifələrin hər birində mənim əl işlərim paylaşılır, Elza xanımın deyil".
Modelyer həmçinin ölkəmizdə hər şəxsin modelyer kimi özünü göstərməsindən danışıb.
"Vizajist, makiyaj ustası niyə görə gedib müğənnilərin tərzinə qiymət verir? Onu geyin, bunu geyinmə...Axı, onların geyimlərdən anlayışı yoxdur. Xaricdə belə deyil. Modelyerin işinə heç bir stilist qarışa bilməz. Stilistində işinə heç bir modelyer qarışa bilməz. O bizdədir. "Makeup" ustası sən get makiyajını elə, saçını düzəlt. Sizin geyimdən anlayışınız yoxdur. Kişisənsə uzun paltar geyinməklə özünü modelyer deyirsən ki, mən modelyerəm, stilistəm. Bu, deyil. Bu, sənətə xələl gətirməkdir. Modelyerlik bir məktəbdir. Biz stilistlərimiz bilirsiniz necədir? Bu ən çox da kişi makiyaj ustalarına aiddir. Çox pis bir yerə gəlib çatmışıq. Həqiqətəndə qabağa getməkdən ötrü, öz üzərində işləməlisən. İndi isə heç kəs sənətlə qabağa gəlmir. Bilirsiniz necə, hazır gəlmək istəyirlər. Aha, kişiyəmsə öz tərzimi dəyişim cəmiyyət məni alqışlayacaq. Cəmiyyət məni qəbul edəcək. Amma ortada sənət yoxdur. Ortada bir iş yoxdur. Sənəti olmayan çıxır sənətdən danışır. Bir ikidənə tanınmış müğənnini makiyaj elədi. Sonra gəlir kiməsə dərs verir. Kiminsə geyimini müzakirə edir. Axı, sənin o geyimdən anlayışın yoxdur. Makiyaj ustasısan get makiyanı elə. İndi bəzi stilistlərimiz var ki, qadınlar qalıb bir kənarda ortalığa atılanlar kişi deyilən ünsürlərdir ki, çıxır ortalığa geyimdən dərs keçir. Sənəti ucuzlaşdırmaq olmaz. Bizdə sənətkarlar arxada qalır, o ki, meymunluq edənlər ki, var ümumiyyətlə sənət aləmində bir bilgisi olmayan heç bir əziyyəti zəhməti olmayanlar ortalıqdadır. Hansısa vasitə ilə ortalıqdadır... Bu, bizi uçuruma aparır. Mənim əlimdə səlahiyyətim olsaydı, Azərbaycanda o qədər istedalı insanlar var ki, istər moda sahəsində istərsə də makiyaj sahəsində. Bir sözlə İncəsənətin bütün sahələrində nə qədər istedadlı gənclərimiz var. Onlara yol açmaq lazımdır. Amma yol açılmır. Məsələn Samiraldo kimi insanlar tutur həyatın damarını gedir irəli...".
Müxbir: Gülayə Mecid
Video: Turqut Sultan