Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya ikigünlük səfərə gedib.
"Unikal" xəbər verir ki, sabah Rusiyanın Moskva vilayətindəki "Zavidovo" istirahət kompleksində Belarusun dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinlə qeyri-formal görüş keçirəcək. İyunun 25-də isə Sankt-Peterburq şəhərində tərəflər arasında işgüzar görüş baş tutacaq.