23 iyun 2022-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, təbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, İcra Hakimiyyətində və inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan dövlər qulluqçuları iştirak ediblər.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. BMT Baş Assambleyasının ilə ölkə Prezidenti cənab İlham Əliyevin 25 may 2006-ci il tarixli Sərəncamı ilə 23 iyun tarixi Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü elan olunub. Bildirilib ki, ölkəmizin İdarəetmə sistemində mühüm və aparıcı rol oynayan dövlət qulluqçuları həmişə olduğu kimi, bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Müasir cəmiyyətimizdə dövlət qulluğu dövlət siyasətinin, onun məqsəd və funksiyalarının reallaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əsas mexanizm kimi çıxış edir.
Qeyd olundu ki, Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə rayon İcra Hakimiyyətinin Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmmədov Rəhim Oqtay oğlu Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Sonda rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təltif olunmuş Qubadlı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yusifov Hüseyn Yusif oğluna, Göyərcik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin müavini Mehdiyev Elxan Mehdi oğluna, Çərəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin müavini Xanışov Razim Rəhman oğluna və Başarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin müavini Qəhrəmanov Niyazi Şakir oğluna Fəxri Fərmanlar təqdim edilib.