Ermənistanın müdafiə naziri Suren Papikyan Moskvaya səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın News.am saytına Respublika Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.

O, Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.

Gültəkin Ələsgər