"28-30 iyun tarixləri arasında İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Zirvə toplantısında müzakirə ediləcək mövzulardan birinin də İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləridir".
"Unikal" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Çexiyanın Baş naziri Petr Fiala ilə NATO-nun mənzil-qərargahında keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında bildirib. O, Türkiyənin narahatlıqlarının haqlı olduğunu vurğulayıb.
NATO-nun baş katibi Yens Stoltenberq, bütün üzv ölkələrin təhlükəsizlik narahatlıqlarını nəzərə alaraq NATO-nun genişlənmə prosesində irəliləyişə nail olunmasının lazım olduğunu bildirib:
"Türkiyənin haqlı narahatlıqları var. Finlandiya və İsveçlə bu məsələni həll etməyə çalışırıq”.
Stoltenberq, 28-30 iyun tarixləri arasında İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Zirvə toplantısında müzakirə ediləcək mövzulardan birinin də İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri olduğunu ifadə edərək, Ukraynaya yardım göstərməyə davam etdiyini bildirib. O, əlavə edib ki, dəstək paketi müzakirə olunacaq digər mühüm məsələdir.