"Əslində maaş elə də artırılmayıb. Deputatlar istirahətə gedəndə onlara əmək haqqlarının iki misli qədər müalicə pulu verirdilər. Bu artıq dayandırıldı. Bayramları keçirmək üçün ildə 4 dəfə mükafat verərdilər. Təxminən 600 manat idi. O da kəsilib. Onları bir yerə toplayanda, artırılan maaş edirdi".
"Unikal" xəbər verir ki, bunu deputat Aqil Abbas İTV-də çıxışı zamanı deyib. O bildirib ki, deputat həmin pulu yenə alır.
"Burada böyük bir maaş artımı olmayıb. Əvvəlki maaşımız 1750 manat idi, indi isə 2450 manat oldu. Deputat aldığı maaş qədər əlavə pul alır. Deputatların problemi çoxdur. Bu, pulnan ölçüləcək problem deyil. Elə anlar olur kömək istəyirlər, edə bilmirsən, hətta ağlayırsan ki, niyə bu şəxsə kömək edə bilmədim. Elə olur ki, haqsız tələb edən də olur. Deputat qapısına gələn adamı ümidsiz geri qaytarmır. Məqsədli şəkildə deputatları söyməyə yönləndirirlər".