"Quru sərhədlərinin bağlı olması absurddur. Bunu nə iləsə əlaqələndirmək mümkün deyil".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, sərhədlər pandemiya ilə əlaqədar bağlanmışdısa, artıq bitib.
"Dünyada da quru sərhədləri açılıb. Azərbaycanda quru sərhədlərinin açılmamasının səbəbi nədir, bilinmir. Hökumət tərəfindən səbəblərlə bağlı açıqlama da yoxdur ki, vətəndaşlarda təxminedici məlumat olsun. İndiki şəraitdə quru sərhədləri bağlı olmamalıdır. Qonşu ölkələrin heç birinin quru sərhədləri bağlı deyil".
Anar Kəlbiyev