Qusar Rayon Polis Şöbəsinə iyunun 21-də Samur qəsəbəsi ərazisindən qəsəbə sakini O.Kəmərbəndinin “Opel” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil iyunun 22-də Qırmızı Qəsəbə ərazisində tapılıb.
Avtomobildən 318 000 rubl (9 800 manat) pulun oğurlanması müəyyən edilib. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda və içərisində olan pulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Rəhimov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.