Azərbaycan və Rusiya arasında münasibətlər mehriban qonşuluq və möhkəm dostluq ənənələrinə malikdir. Dostluğumuzun uzun tarixi var. Ölkələrimiz arasında bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə olunur.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki ölkə arasında möhkəm strateji əməkdaşlıq əlaqələri mövcuddur:
"İki ölkə arasında imzalanan çoxsaylı müqavilə və sazişlər arasında əsas sənəd 2017-ci ildə imzalanan dostluq və əməkdaşlıq haqqında sənəddir. Müxtəlif istiqamətlər üzrə əməkdaşlığımız davam edir. Bu gün beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdik".
Hökumətlərarası komissiyanın fəaliyyətini yüksək qiymətləndirən Ceyhun Bayramov nəqliyyat-kommunikasiya sahəsində və digər sahələrdə layihələrin uğurla davam etdirildiyini vurğulayıb.