"AZAL monopolist şirkət olduğundan, ya özəlləşdirilməli, ya da yerüstü xidmətlər ondan tamamilə alınmalıdır".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, dövlət hələ özəlləşməyə getməyəcək:
"Çox böyük yatırımlar edilib, təyyarələr alınıb və s. Yerüstü xidmətlər isə AZAL-ın törəmə şirkətlərindədir. Paralel olaraq xarici şirkətlərin birbaşa bazara daxil olması ilə AZAL-ın maneəçiliyinin aradan qaldırılması mümkündür. Bu, tez bir zamanda həyata keçirilə bilər".
Ekspert qeyd edib ki, xarici şirkətlərin gəlməsi rəqabətli mühiti artıracaq:
"Bu isə AZAL-ı qiymətləri aşağı salmağa və yaxşı işləməyə məcbur edəcək. İndi AZAL-ın ağzı isti yerdədir. Belə ki, dotasiya verilir, dövlət hesabına təyyarələr alınır. Bazarda tək olduğu üçün istədiyi qiyməti diktə edə bilir".
Anar Kəlbiyev