Bakı-Füzuli-Bakı marşrutu üzrə bu gün səhər yola çıxan sərnişin avtobusu Füzuliyə çatıb.

"Unikal" xəbər verir ki, ilk səfərdə 30 Füzuli sakini öz ata-baba yurdunu ziyarət edir. Onlar Füzuli rayonunun Merdinli kəndi, Füzuli şəhər mərkəzi, Füzuli Beynəlxalq Hava Limanı, İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar karvansaray kompleksi və Dövlətyarlı kəndində olacaqlar.

***09:09

İyunun 25-də Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb.

"Unikal" xəbər verir ki, avtobus Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən saat 7:00-da Füzuli istiqamətinə hərəkətə başlayıb. Reyslər həftədə hazırkı mərhələdə 1 dəfə olmaqla təşkil edilib.

Qeyd edək ki, Bakı-Füzuli-Bakı marşrutu ilk dəfədir həyata keçirilir. Bakıdan Füzuliyə avtobus biletinin qiyməti (gediş-gəliş) 19 manat 40 qəpikdir.