Dünya birjalarında neft qiymətləri bahalaşıb.
"Unikal" xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 3,07 dollar artaraq 113,12 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 3,35 dollar bahalaşaraq 107,62 dollar olub.