Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 419,4 milyon manat artaraq 1 milyard 482,7 milyon manat təşkil edib.
"Unikal" Mərkəzi Banka istinadən xəbər verir ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin cari hesablarının həcmindəki artım ilə əlaqədardır.
Cari ilin may ayında manatla geniş mənada pul kütləsi ilin əvvəlinə nəzərən 6,3 faiz, ötən ilin müvafiq dövrünə nəzərən isə 17,4 faiz artaraq 25 milyard 371,1 milyon manat olub.