2022-ci ilin yanvar-may aylarında banklar 331,5 milyon manat xalis mənfəət, 503,7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
"Unikal" Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlindən banklar tərəfindən ümumilikdə 73,1 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,5 faiz və ya 22,5 milyon manat çoxdur.