Rejissoru Qay Ritçinin çəkdiyi yeni döyüş filmi “Bəxt əməliyyatı” filmdə ukraynalı qanqsterlərin olması səbəbindən icarədən çıxarılıb. "Unikal" Daily Mail-ə istinadən xəbər verir ki, film 2020-ci ildə çəkilib. Bu yaz böyük ekranlara çıxmalı olan filmdə baş rolu Jason Statham canlandırıb. O, casus Orson Fortune rolunu oynayır.
Nəşrin bildirdiyinə görə, döyüş filmi bəzi kinotənqidçilərin hesab etdiyi kimi, ukraynalıların mənfi obrazını ehtiva etdiyi üçün icarədən çıxarılıb. Ritçiyə filmin bəzi səhnələrini dəyişdirmək və onlardan qanqsterlərin milliyyətinin əlamətlərini çıxarmaq tövsiyə olunub.
“Ukraynadakı vəziyyətə həssaslıqla bağlı qərara alınıb ki, bəzi personajlar artıq ukraynalı kimi tanınmasın”.
Gültəkin Ələsgər