Kanadanın iki hərbi gəmisi NATO-nun şərq cinahını gücləndirmək əməliyyatında iştirak etmək üçün Baltik dənizinə gedib.
"Unikal" xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb.
"Kanada NATO-nun Mərkəzi və Şərqi Avropadakı mühafizə və əmin-amanlıq səylərinə qoşulmaq üçün iki Kingston sinifli sahil müdafiə gəmisi göndərir", - bəyanatda deyilir.
Qeyd olunur ki, hər iki gəmi 2022-ci ilin iyulundan oktyabr ayına kimi döyüş tapşırığını yerinə yetirəcək. "“REASSURANCE” əməliyyatı çərçivəsində gəmilər NATO-nun dənizdəki daimi mövcudluğuna qoşulacaq və bu, NATO-nun istənilən əməliyyatı ilə bağlı sorğuya tez və effektiv cavab verməyə imkan verəcək”, - Müdafiə Nazirliyi bildirib.
Gülayə Mecid