İyunun 29-da Maltada kiçik ölkələrin basketbol üzrə "Avro" turnirinə start veriləcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, turnirdə Azərbaycan və Ermənistanın basketbol komandalarının da iştirak edəcəyi qeyd olunub.
Ermənistan yığmasının baş məşqçisi Reks Kalamyan az öncə bildirib ki, onların qarşısında bir vəzifə var - Azərbaycan yığmasını mütləq məğlub etmək.
Azərbaycan basketbol komandasının təmsilçisi Amil Qəmzə erməni baş məşqçinin sözlərinə cavab olaraq deyib ki, Azərbaycan artıq əsas qələbəsini qeyd edib və 44 gündə ermənilərə unuda bilməyəcəkləri formada cavab verib.
Qeyd olunub ki, hər iki ölkə yığmasının üzvləri təkcə eyni hoteldə deyil, hətta eyni mərtəbədə yerləşdirilib. Buna görə qorxuya düşən ermənilər hoteldə həyəcan təbili çalıb. Basketbol turnirinin təşkilatçısı buna görə erməni tərəfindən üzr istəyib, hoteldə başqa boş yerlərin olmadığını, buna görə də Azərbaycan və Ermənistan nümayəndələrinin eyni mərtəbədə yerləşdirildiyini izah edib.
"Ümid edək ki, azərbaycanlı basketbolçular Macarıstanda Qurgen Marqaryanı baltalayan Ramil Səfərov kimi olmayacaq", - deyə erməni KİV-lərində qeyd olunub.
Ağarza Elçinoğlu