Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putin hökumətinə qarşı çıxan rus alimlərinin Böyük Britaniyaya köçə biləcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, hətta Conson Rusiyadakı alimlərə dəvət göndərib.
Almaniyanın Bavariya əyalətində keçirilən G7 sammitində çıxış edən Conson “Putinin zorakılığından dəhşətə gələn və artıq Rusiyada özlərini təhlükəsiz hiss etməyən rus alimləri və tədqiqatçılarına” müraciət etdiyini vurğulayıb.
Conson onları İngiltərəyə gəlməyə və açıqlığa, azadlığa və bilik axtarışına dəyər verən bir ölkədə işləməyə dəvət edib.
Gülayə Mecid